Azərbaycan neft ixracını 8% azaldıb

  • SpaceTV
  • 22 Sentyabr 2020 10:44

Bu ilin yanvar-avqust aylarında 19,2 mln ton neft (kondensatla birlikdə) ixraca nəql olunub.

Spacetv.az xəbər verir ki, bu barədə Azərbaycan Energetika Nazirliyinin məlumatında qeyd edilib.

Bu, 2019-cu ilin yanvar-avqust aylarına nisbətən, təxminən, 1,7 mln ton, yəni 8% azdır.

Neft-kondensatın 18,4 mln tonu konsorsium, 0,8 mln tonu isə SOCAR üzrə ixraca nəql edilib.

Paylaş

 Xəbəriniz olsun