Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan tərəfi yenə yalan danışır

  • Space TV
  • 4 Noyabr 2020 13:51

Cəbhənin cənub sahəsində Azərbaycan Ordusunun guya 3 tankının vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil və tamamilə yalandır.

Bu barədə Spacetv.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, cəbhənin Xocavənd istiqamətində Azərbaycan Ordusu düşmən üzərində taktiki, atəş və ərazi üstünlüyünə malikdir:

“Düşmən ordusu mənəvi və psixoloji baxımdan əzilmiş vəziyyətdə olduğu üçün qarşı tərəf mediada bu cür əsassız xəbərlər yaymaq məcburiyyətindədir”.

Paylaş

 Xəbəriniz olsun