Azərbaycan Moskva Qran-prisində 2 idmançı ilə təmsil olunacaq

  • Space TV
  • 18 Noyabr 2020 11:40

Noyabrın 18-də Rusiyanın paytaxtı Moskvada fiqurlu konkisürmə üzrə Qran-pri start götürəcək.

Spacetv.az xəbər verir ki, yarışda Azərbaycanın iki təmsilçisi qüvvəsini sınayacaq.

Kişilərin mübarizəsində Vladimir Litvintsev, qadınlarda isə Yekaterina Ryabova buz üstünə çıxacaq.

Qeyd edək ki, Qran-priyə noyabrın 22-də yekun vurulacaq.

Paylaş

 Xəbəriniz olsun