Azərbaycan MN: “Ermənistan öz itkilərini gizlətmək üçün hər dəfə yeni yalan uydurmaq məcburiyyətindədir”

  • Space TV
  • 3 Noyabr 2020 13:38

Ermənistan mətbuatının guya Azərbaycan xüsusi təyinatlılarına məxsus kalonların Xocavənd rayonunun Taqavard kəndi istiqamətində məhv edilməsi barədə yaydığı məlumatın heç bir əsası yoxdur və düşmənin növbəti uydurmasıdır. 

Spacetv.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, döyüş meydanında günü-gündən artmaqda olan itkilərini ört-basdır etməyə çalışan düşmən çıxılmaz vəziyyətdə qaldığı üçün hər dəfə yeni yalan uydurmaq məcburiyyətindədir.

Paylaş

 Xəbəriniz olsun