Azərbaycan MN ermənilərin Su-25 təyyarəsinin vurulması iddiasına reaksiya verdi

  • SpaceTV
  • 29 Sentyabr 2020 18:38

“Qarabağ səmasında Ermənistan ordusuna məxsus Su-25 təyyarəsinin vurulması erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır”.

Spacetv.az-ın xəbərinə görə, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

“Erməni KİV-nin Ermənistan ordusuna məxsus Su-25 təyyarəsinin guya F-16 qırıcısı tərəfindən vurulması barədə yaydığı məlumat yalandır və erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır”, – o, əlavə edib.

Paylaş

 Xəbəriniz olsun