Azərbaycan millisinin sabiq qapıçısı Rusiya klubu ilə anlaşdı

  • Space TV
  • 8 Fevral 2020 13:02

Azərbaycan millisinin sabiq qapıçısı Aleksandr Jidkovun yeni iş yeri müəyyənləşib.

SPACE TV-ın məlumatına görə, 54 yaşlı mütəxəssis fəaliyyətini Rusiyada davam etdirəcək.

O, Milli Futbol Liqasında çıxış edən “Avanqard” klubu ilə anlaşıb. Jidkov Kursk klubunda qapıçı məşqçisi kimi çalışacaq.

Qeyd edək ki, Aleksandr Jidkov buna qədər Yev Yaşin Akademiyasında, “Anji” və “Rostov”da işləyib

Paylaş

 Xəbəriniz olsun