Azərbaycan millisinin Qətərlə matçı Avstriyada olacaq

  • Space TV
  • 10 Fevral 2021 12:11

2022-ci ildə futbol üzrə dünya çempionatının seçmə mərhələ oyunlarına hazırlıq məqsədi daşıyan Qətər – Azərbaycan matçının yeri açıqlanıb.

Spacetv.az xəbər verir ki, qarşılaşma Avstriyanın Vyana şəhərində təşkil ediləcək.

Bu gün bu barədə UEFA tərəfindən AFFA-ya rəsmi məktub daxil olub.

Qeyd edək ki, martın 27-də keçiriləcək Qətər – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Paylaş

 Xəbəriniz olsun