Azərbaycan millisinin oyunu Xorvatiyada olacaq

  • SpaceTV
  • 26 Oktyabr 2020 17:33

UEFA Millətlər Liqasının V turunda keçiriləcək Azərbaycan – Monteneqro oyununun məkanı bəlli olub.

Spacetv.az-ın məlumatına görə, matç noyabrın 14-də Xorvatiyanın paytaxtı Zaqrebdəki “Maksimir” stadionunda olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan yığması ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir. Komandanın IV turda Kiprlə qolsuz heç-heçə etdiyi görüş Albaniyanın Elbasan şəhərində gerçəkləşib.

Paylaş

 Xəbəriniz olsun