Azərbaycan millisinin il ərzindəki nəticələrinə görə Avropadakı yeri məlum oldu

  • Space TV
  • 17 Dekabr 2020 12:04

Avropa yığmalarının 2020-ci il üçün cədvəli açıqlanıb.

Azərbaycan millisi il ərzində keçirdiyi matçlara görə, qitənin 39-cusu olub.

Canni de Byazinin yetirmələri 2020-ci ildəki yeddi matçda cəmi bir qələbə qazanıb, dörd dəfə heç-heçə edib, iki dəfə isə uduzub. 

İki qol vuran futbolçularımız ikiqat artığını buraxıb. Qələbəyə görə üç xal prinsipi ilə hesabladıqda yığmamız il ərzində yeddi xala sevinib. Bu da hər oyuna orta hesabla 1,00 xal deməkdir.

Millimiz qardaş Türkiyə ilə eyni göstəriciyə malik olsa da, qonşularımız daha çox qol vurduğu üçün daha yüksək pillədədir. Yığmamızın Avropa komandaları arasında 39-cu olduğu cədvələ Belçika və Fransa başçılıq edir.

Qeyd edək ki, Avropada ilin ən uğursuz yığması Moldova millisidir.

Paylaş

 Xəbəriniz olsun