Azərbaycan millisinin AVRO-2021-dəki rəqibləri müəyyənləşdi

  • Space TV
  • 7 Fevral 2020 16:08

Voleybol üzrə AVRO-2021-in seçmə mərhələsinin qruplarının tərkibi müəyyənləşib.

SPACE TV  xəbər verir ki, kişilərdən ibarət Azərbaycan yığmasının da rəqibləri bəlli olub.

Polşa, Çexiya, Estoniya və Finlandiyada keçiriləcək final mərhələsinə vəsiqə uğrunda mübarizə aparacaq millimiz F qrupunda qüvvəsini sınayacaq. Komandamızın rəqibləri Yunanıstan, Monteneqro və Gürcüstan olacaq.

Seçmə mərhələnin oyunları bu il avqust-sentyabr aylarında baş tutacaq. Kişilərin yarışında 26 komanda 7 qrupda iki dövrəli dairəvi sistemlə mübarizə aparacaq. Qrup qalibləri və 5 ən yaxşı ikinci yer sahibi final mərhələsinə yüksələcək.

Qeyd edək ki, qadınlardan ibarət Azərbaycan yığması 2021-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsindən azaddır. Millimiz AVRO-2019-dakı nəticəsinə əsasən Serbiya, Xorvatiya, Bolqarıstan və Rumıniyanın birgə təşkil edəcəyi final mərhələsinə vəsiqə qazanıb.

Paylaş

 Xəbəriniz olsun