Azərbaycan millisinin 2 futbolçusunda koronavirus aşkarlandı

  • Space TV
  • 16 Noyabr 2020 14:44

Azərbaycan millisinin futbolçuları Təmkin Xəlilzadə və Rahil Məmmədov koronavirusa yoluxub.

Bu barədə Spacetv.az AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.

Assosiasiya rəsmisi bildirib ki, hər iki oyunçu Xorvatiyada karantinə alınıb: “Monteneqro ilə oyundan öncə futbolçuların hərarəti var idi. Koronavirus testləri müsbət nəticə verdi. Ona görə də hər ikisi özünütəcrid rejimindədir. Bununla bağlı Azərbaycan Respublikasının Xorvatiyadakı səfirliyinə məlumat verilib. Məsələ səfirliyin də diqqət mərkəzindədir”.

Firuz Abdullanın sözlərinə görə, futbolçular hazırda həkim nəzarəti altındadırlar: “Test neqativ çıxdıqdan sonra oyunçular AFFA tərəfindən Bakıya göndəriləcək. Futbolçuların karantin müddətindəki bütün xərclərini federasiya ödəyir. Futbolçuların klublarına da müvafiq məlumatlar verilib”.

Qeyd edək ki, Təmkin Xəlilzadə “Sabah”ın, Rahil Məmmədov isə “Qarabağ”ın futbolçusudur.

Paylaş

 Xəbəriniz olsun