Azərbaycan millisi Rusiyaya qalib gəldi

  • Space TV
  • 31 Yanvar 2020 11:06

Bu gün futzal üzrə Azərbaycan milli komandası DÇ-2020-nin elit-raund mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

SPACE TV xəbər verir ki, Rusiya yığması ilə qarşılşan komandamız 4:3 hesabı ilə qələbə qazanıb. Millimizin heyətində Everton Kardosonun dubl etdiyi görüşdə digər qolları Rafael Vilela və İsa Atayev vurub.

Qeyd edək ki, Azərbaycan yığması son oyununu fevralın 1-də Slovakiya millisinə qarşı keçirəcək.

Paylaş

 Xəbəriniz olsun