Azərbaycan millisi Ermənistan yığması ilə eyni püşkatma səbətinə düşüb

  • SpaceTV
  • 5 Dekabr 2019 12:22

UEFA İcraiyyə Komitəsinin Nyon şəhərində keçirilmiş iclasında qəbul olunmuş qərarlardan biri də UEFA Millətlər Liqasının 2020-2021-ci il mövsümü ilə əlaqədar olub.

SPACE TV-in məlumatına görə, Azərbaycan milli komandası növbəti UEFA Millətlər Liqasında C Liqasında mübarizə aparacaq. Millimiz C liqasının 4-cü püşkatma səbətində yer alıb. Bu səbətdə digər komandalar Qazaxıstan, Moldova və Ermənistan yığmalarıdır.

UEFA Millətlər Liqasının püşkatma mərasimi 2020-ci il martın 3-də Niderlandın Amsterdam şəhərində keçiriləcək.

Paylaş

 Xəbəriniz olsun