Azərbaycan millisi böyük hesabla uduzdu

  • SpaceTV
  • 8 Noyabr 2019 10:56

Qadın futbolçulardan ibarət Azərbaycan millisi “Avro-2021″nin seçmə mərhələsində növbəti oyununu keçirib.

SPACE TV xəbər verir ki, komandamız Çexiya millisini qəbul edib. “ASCO Arena”da keçirilən görüş Azərbaycan yığmasının 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan milli komandası növbəti oyununu noyabrın 10-da keçirəcək. Millimiz səfərdə Moldova ilə üz-üzə gələcək.

Paylaş

 Xəbəriniz olsun