Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları dekabrda da azalıb

  • Space TV
  • 6 Yanvar 2021 15:59

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il yanvarın 1-nə 6 369,4 milyon ABŞ dolları təşkil edib.

Spacetv.az quruma istinadən xəbər verir ki, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 0,7% azdır.

Ötən ilin əvvəlinə nisbətən isə AMB-nin valyuta ehtiyatları 1,8% artıb.

Paylaş

 Xəbəriniz olsun