Azərbaycan məktəblərində idman zalları və kitabxanadan istifadə edilməyəcək

  • Space TV
  • 10 Sentyabr 2020 22:59

Xüsusi karantin rejimi dövründə məktəblərdə idman zalları və kitabxanalardan istifadə etmək qadağan olunub. 

Spacetv.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda məlumat verilib.

Bildirilir ki, xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində xüsusi karantin rejimi dövründə idman və akt zallarından, kitabxana və hovuzdan istifadə dayandırılır.

Paylaş

 Xəbəriniz olsun