Azərbaycan məhsulları “Worldfood 2019” beynəlxalq ərzaq sərgisində

  • SpaceTV
  • 9 Sentyabr 2019 13:11

“Made in Azerbaijan” brendinin təşviqi, yerli məhsulların ixrac coğrafiyasının genişləndirilməsi, istehsalın stimullaşdırılması məqsədi ilə Azərbaycan məhsulları 24-27 sentyabr tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində təşkil olunacaq “Worldfood 2019” beynəlxalq ərzaq sərgisində nümayiş olunacaq.

Space TV – Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən verdiyi məlumata görə, Azərbaycan İqtisadiyyat Nazirliyinin dəstəyi, Azpromo-nun təşkilatçılığı ilə Azərbaycan artıq 3-cü il ənənəvi olaraq “Worldfood 2019” sərgisində tərəfdaş ölkə kimi iştirak edəcək.

Sərgidə müsabiqə yolu ilə müəyyən olunmuş 33 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirəcək. Ümumi sahəsi 415 kvadrat metr olan “Made in Azerbaijan” adlı ölkə stendində qida sənayesi, həmçinin şərab və digər spirtli içki məhsulları sərgi ziyarətçilərinə təqdim olunacaq.

Paylaş

 Xəbəriniz olsun