Azərbaycan Kubokunda 1/4 final həyəcanı start götürür

  • Space TV
  • 1 Fevral 2021 11:22

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək.

İlk oyun günündə iki qarşılaşma baş tutacaq. Bunlardan biri Sumqayıtda, digəri Bakıda olacaq.

Qeyd edək ki, bu matçların cavab görüşləri fevralın 6-da keçiriləcək.

Azərbaycan Kuboku

1/4 final mərhələsi

1 fevral

16:00 “Sumqayıt” – “Səbail”
Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Müslüm Əliyev, Səbuhi Bayramov

“Kapital Bank Arena”

18:00 “Qarabağ” – “Qəbələ”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Tural Qurbanov

Tofiq Bəhramov adına Respublika Stadionu

Paylaş

 Xəbəriniz olsun