“Azərbaycan Kredit Bürosu” daha bir şirkətlə tərəfdaş olub

  • Space TV
  • 8 Oktyabr 2020 17:02

“Azərbaycan Kredit Bürosu” MMC (AKB) “Ferrum Kapital” MMC ilə tərəfdaş olub.

Spacetv.az bu barədə Büroya istinadən xəbər verir.

Məlumata görə, bununla da, AKB-nin tərəfdaşlarının sayı 134-dən 135-ə çatıb. İndiyə qədər Büronun tərəfdaş siyahısında Azərbaycan Mərkəzi Bankı, İpoteka və Kredit Zəmanət Fondu, 44 bank (18-i ləğvetmədədir), 49 bank olmayan kredit təşkilatı (5-i ləğvetmədədir), 2 kredit ittifaqı, 3 lizinq şirkəti, 22 sığorta şirkəti (1-i ləğvetmədədir), 3 mobil rabitə operatoru, 3 kommunal xidmət operatoru və 6 mağaza olub.

Xatırladaq ki, AKB 2018-ci il yanvarın 15-də yaradılıb. Onun nizamnamə kapitalı 2 milyon manatdır. Büronun səhmdarları hər biri 12,5% payla 8 bank – “Azərbaycan Beynəlxalq Bankı, “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Zıraat Bank Azərbaycan” ASC-lərdir.

Paylaş

 Xəbəriniz olsun