Azərbaycan komandası “Dəniz kuboku-2019” beynəlxalq yarışlarının qalibi olub

  • SpaceTV
  • 15 Avqust 2019 11:37

Bu gun “Beynəlxalq Ordu Oyunları-2019” çərçivəsində Bakıda keçiriləcək “Dəniz kuboku-2019” beynəlxalq yarışlarının başa çatması ilə əlaqədar mətbuat konfransı təşkil olunub.

Mətbuat konfransında iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, hakimlər komissiyasının üzvləri, yerli və xarici jurnalistlər iştirak ediblər.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, birinci dərəcəli kapitan Sübhan Bəkirov bildirib ki, “Dəniz kuboku-2019” beynəlxalq müsabiqə yüksək səviyyədə keçirilib.

Üç mərhələdə təşkil olunan yarışda Rusiya, Azərbaycan, Qazaxıstan və İran nümayəndə heyətləri iştirak ediblər.

“Dəniz kuboku-2019” yarışı zamanı hərbi dənizçilər “Artilleriya atışlarının yerinə yetirilməsi”, “Gəminin dayanıqlılığı uğrunda mübarizə və xilasetmə hazırlığı” və “Dəniz hazırlığı” üzrə mərhələlərdə güclərini sınayaraq ən yaxşı heyətləri müəyyənləşdiriblər.

Yarışlarda Azərbaycan komandası 212 balla birinci, Rusiya 186 balla ikinci, Qazaxıstan 142 balla üçüncü, İran 136 balla dördüncü yenri tutub”.

Qeyd edək ki, Azərbaycan hərbçiləri avqustun 3-dən 17-dək 10 dövlətin ərazisində keçiriləcək “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarında ölkəmizi təmsil edirlər. Belə ki, hərbi qulluqçularımız ölkəmizdə “Dəniz kuboku”, Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları”, Belarusda “Snayper həddi” və Özbəkistanda “Hərbi-tibbi estafet” müsabiqələrində mübarizə aparırlar.

Paylaş

 Xəbəriniz olsun