Azərbaycan klubunun 10 futbolçusunda COVID-19 aşkarlandı

  • Space TV
  • 4 Dekabr 2020 12:17

“Keşlə”də koronavirusa kütləvi yoluxma halı qeydə alınıb.

Klubdan Spacetv.az-a məlumat verilib ki, 10 futbolçuda koronavirus aşkarlanıb.

Lakin klub həmin futbolçuların adlarını açıqlamağı məqbul bilmir.

Qeyd edək ki, Azərbaycan Premyer Liqa klublarında koronavirusa kütləvi yoluxma halı qeydə alındığından, bu həftə sonu baş tutmalı olan üç matç təxirə salınıb. Bunların arasında sabah baş tutmalı olan “Keşlə” – “Səbail” matçı da var. 

Paylaş

 Xəbəriniz olsun