Azərbaycan klubu ispaniyalı məşqçi ilə anlaşdı

  • SpaceTV
  • 6 Avqust 2020 12:36

“Sumqayıt”ın fiziki hazırlıq üzrə yeni məşqçisi müəyyənləşib.

Klubun Mətbuat katibi Rəşad Məmmədovun verdiyi məlumata görə, Jerar Merino Elqarristo ilə razılıq əldə olunub.

Avqustun 10-da Bakıya gələcək ispaniyalı mütəxəssislə 1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Elqarristo bu vəzifədə Türkiyənin “Gənclərbirliyi” komandasına keçən həmyerlisi Eduardo Karo Baladanı əvəzləyəcək.

Paylaş

 Xəbəriniz olsun