Azərbaycan klubları Avropa Liqasında mübarizəyə başlayır

  • Space TV
  • 27 Avqust 2020 10:02

Bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində 45 oyun keçiriləcək.

Spacetv.az xəbər verir ki, bu görüşlərdən üçü Azərbaycanda baş tutacaq.

Belə ki, komandalarımızdan gümüş mükafatçı “Neftçi”, bürünc medalçı “Keşlə” və ötən mövsümün dördüncüsü “Sumqayıt” avrokubok həyəcanına start verəcək. “Neftçi” və “Keşlə” paytaxtda, “Sumqayıt” isə gənclik şəhərində rəqiblərini qəbul edəcək.

UEFA Avropa Liqası

I təsnifat mərhələsi

27 avqust

20:00 “Neftçi” – “Şkupi” (Şimali Makedoniya)

Baş hakim: Aleksandr Qolubev (Latviya)

Bakı. “Bakcell Arena”.

20:00 “Sumqayıt” – “Şkendiya” (Şimali Makedoniya)

Baş hakim: Arman İsmuradov (Qazaxıstan)

Sumqayıt. “Kapital Bank Arena”.

21:00 “Keşlə” – “Laçi” (Albaniya)

Baş hakim: Georgi Kikaçeişvili (Gürcüstan)

Bakı. “ASK Arena”.

Əslində, “Neftçi” və “Sumqayıt”ın rəqibləri Şimali Makedoniyanı təmsil etsələr də, faktiki olaraq etnik albanların klubları sayılır. Bu səbəbdən Azərbaycan komandalarının üç alban komandasına qarşı mübarizə aparacağını demək mümkündür.

Paylaş

 Xəbəriniz olsun