Azərbaycan indi də idmanda Ermənistanı məğlub edir – VİDEO

  • Space TV
  • 14 Dekabr 2020 10:58

Azərbaycan hərb meydanında olduğu kimi, indi də idman sahəsində Ermənistandan üstün olduğunu göstərir.

Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə Fərdi Dünya Kubokunda Azərbaycan idmançıları artıq iki dəfə Ermənistandan olan həmkarlarından güclü olduğunu sübut edə bilib.

Yunan-Roma güləşi üzrə yarışın gümüş medalçısı İslambəy Dadov 1/4 finalda sonradan bürünc medal qazanan, ötənilki dünya çempionatının mükafatçısı Slavik Qalstyana 7:4 hesabı ilə qalib gəlib.

Daha sonra dünya və Avropa çempionumuz Eldəniz Əzizli bürünc medal qazanmağa gedən yolda Rudik Mkrtçyana aman verməyib.

İdmançımız rəqibindən o qədər xal alıb ki, baş hakim qarşılaşmanı dayandıraraq, Eldənizə vaxtından əvvəl qələbə verib.

Paylaş

 Xəbəriniz olsun