Azərbaycan ilk dəfə olaraq akrobatika üzrə dünya çempionatına ev sahibliyi edəcək

  • SpaceTV
  • 24 Avqust 2019 11:39

Azərbaycan ilk dəfə olaraq akrobatika üzrə dünya çempionatına ev sahibliyi edəcək.  Space TV məlumat verir ki, bu qərar Beynəlxalq Gimnastika Federasiyanın (FIG) İcraiyyə Komitəsinin Nikaraquanın paytaxtı Manaquada baş tutan iclasında qəbul olunub.

Mundial 11 – 13 mart tarixlərində Milli Gimnastika Arenasında ilk dəfə olaraq baş tutacaq. 

Çempionatdan öncə isə 2 – 7 mart tarixlərində Dünya Yaş Qrupu yarışları da eyni məkanda keçiriləcək.

Bu il 16 – 22 sentyabr tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə dünya çempionatı keçiriləcək. 2020-ci ildə aerobika, 2021-ci ildə isə batut gimnastikası üzrə dünya çempionatı Bakıda təşkil olunacaq.

Paylaş

 Xəbəriniz olsun