Azərbaycan ilk dəfə bu qatarlardan alacaq

  • SpaceTV
  • 27 Noyabr 2019 16:20

İsveçrənin “Stadler” şirkəti FLIRT elektrik və dizel sərnişin qatarlarını Azərbaycana satacaq.

SPACE TV bu barədə şirkətə istinadən məlumat verir.

“Azərbaycan Dəmir Yolları” QSC və “Stadler” 10 FLIRT qatarının tədarükü üçün 115 milyon dollar məbləğində müqavilə imzalayıb.

Bu qatarlardan dördü dizel-elektrik ötürücüsü ilə təchiz olunacaq, altısı isə elektrik vasitəsilə idarə olunacaq.

Üç qatar regionlararası daşımalar üçün, digər üç qatar isə şəhərkənarı nəqliyyat qismində istifadə olunacaq.

Paylaş

 Xəbəriniz olsun