Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin vurulması yalandır – RƏSMİ

  • SpaceTV
  • 1 Oktyabr 2020 13:33

“Ermənistan mətbuatında guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin vurulması və qalıqlarının İran ərazisinə düşməsi barədə yayılan məlumatlar yalandır və əsassızdır”.

Spacetv.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı məlumat verib.

Onun sözlərinə görə, Hərbi Hava Qüvvələrimizə məxsus bütün aviasiya vasitələri tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir.

Paylaş

 Xəbəriniz olsun