Azərbaycan hərbçiləri ABŞ-ın təşkilatçılığı ilə Almaniyada keçiriləcək təlimdə iştirak edəcəklər

  • SpaceTV
  • 10 Sentyabr 2019 11:28

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Space TV –yə verilən məlumata görə,  Azərbaycan Ordusunun hərbi qulluqçuları “Hohenfels” təlim mərkəzində keçiriləcək “Saber Junction – 19” çoxmillətli briqada taktiki təlimində iştirak etmək üçün Almaniyaya yola düşüblər.

Təlim Amerika Birləşmiş Ştatları Avropa Komandanlığının (EUCOM) təşkilatçılığı ilə keçiriləcək.

Təlimin əsas məqsədi NATO və tərəfdaş ölkələr arasında əməliyyat uyarlılığının və bölmələrin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsidir.

Sentyabrın 30-dək davam edəcək tədbirə NATO-nun üzv və tərəfdaş ölkələrinin ordularından 2000-dək hərbi qulluqçu cəlb olunub.

Paylaş

 Xəbəriniz olsun