Azərbaycan Gürcüstandan siqaret idxalını 57% azaldıb

  • Space TV
  • 21 Dekabr 2020 11:46

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Gürcüstandan 686 174 qutu (hər birində 1 000 ədəd olmaqla) siqaret və digər tütün məmulatları idxal edib.

Bu barədə  Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, məhsulun ümumi dəyəri 16,7 milyon ABŞ dollarına bərabər olub. Ötən ilin eyn dövrünə nisbətdə Azərbaycanın qonşu ölkədən tütün məmulatlarının idxal həcmi 2,3 dəfə və yaxud 57% azalıb.

Paylaş

 Xəbəriniz olsun