Azərbaycan-Gürcüstan-Türkiyə XİN başçılarının üçtərəfli görüşünün vaxtı açıqlanıb

  • SpaceTV
  • 26 Sentyabr 2019 10:41

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri Elmar MəmmədyarovMövlud Çavuşoğlu və David Zalkaliani arasında növbəti 8-ci görüş oktyabr ayında Tbilisi şəhərində keçiriləcək.

“Space” məlumat verir ki, bu barədə E.Məmmədyarov və D.Zalkaliani arasında Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində baş tutan görüşdə bildirilib.

Görüşdə üçtəfəli görüşlə bağlı təşkilatı məsələlər müzakirə olunub.

Üçtərəfli formatda ilk görüş 2012-ci ildə Türkiyənin Trabzon şəhərində baş tutub.

Paylaş

 Xəbəriniz olsun