Azərbaycan güləşçisi çempion oldu

  • Space TV
  • 20 İyun 2020 10:59

Ümumdünya Güləş Birliyinin (UWW) qadın güləşi üzrə keçirdiyi virtual çempionatın qalibi Azərbaycan təmsilçisi olub.

SPACE TV xəbər verir ki, üçqat olimpiya mükafatçısı, ikiqat dünya və yeddiqat Avropa çempionu Mariya Stadnik bütün rəqiblərinə böyük səs fərqilə qalib gələrək, çempion adına yiyələnib.

16 idmançının iştirak etdiyi səsvermə yarışının 1/4 finalında Mariya Stadnik kanadalı Erika Vibeyə, yarımfinalda türkiyəli Yasemin Adara və finalda rusiyalı Natalya Vorobyovaya qalib gəlib.

Qeyd edək ki, sərbəst güləşçilərin yarışında Hacı Əliyev ikinci yerə çıxmışdı.

Paylaş

 Xəbəriniz olsun