Azərbaycan güləşçiləri dünya çempionatının son günündə 1 gümüş və 1 bürünc medal qazanıblar

  • SpaceTV
  • 19 Avqust 2019 12:59

Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatı sona çatıb.

Azərbaycan millisi daha 1 gümüş və 1 bürünc medal qazanıb.

Yunan-Roma güləşçilərimizdən Əsgər Əlizadə (60 kq) mübarizəyə 1/8 finaldan qoşulub. Yığmamızın üzvü koreyalı həmkarına heç bir şans tanımayıb. Ancaq 1/4 finalda böyüklər arasında Türkiyə pəhləvanına yenilib.

Rəqib finala yüksəldiyi üçün Əsgər avqustun 18-də təsəlliverici görüşə çıxıb və 1 dəqiqə 20 saniyə ərzində əlcəzairli güləşçini mübarizədən kənarlaşdıraraq bürünc medal qarşılaşmasına vəsiqə qazanıb. Həlledici görüşdə Qırğızıstan idmançısını da tam üstünlüklə məğlub edən Əlizadə dünya üçüncüsü olub.

Ülvi Qənizadə (72 kq) ilk mərhələdə qazandığı xallar həmyerlimizə erməni güləşçi üzərində qələbə qazandırıb. Növbəti qarşılaşmada Macarıstan , iranlı və Türkiyə güləşçisindən də güclü olaraq pəhləvan yarımfinala vəsiqə qazanıb.


Həmyerlimiz həlledici qarşılaşmada Rusiya güləşçisiylə üz-üzə gəlib. Gərgin keçən görüşdə rəqib qalib gəlib və Qənizadə gümüş medal qazanıb.

Paylaş

 Xəbəriniz olsun