Portuqaliyanın paytaxtı Lissabonda akrobatika gimnastikası üzrə dünya kuboku yarışları keçirilib.
Space – Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, 12 ölkədən idmançıların qatıldığı turnirdə Azərbaycanı Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi cütlüyü təmsil ediblər.
Gimnastlarımız final çıxışlarında 29.500 xal toplayaraq turnirin gümüş medalına sahib olublar.