Azərbaycan gimnastları beynəlxalq yarışda 3 medal qazandı

  • Space TV
  • 7 Dekabr 2020 11:03

Niderlandda batut gimnastikası üzrə onlayn “Dutch Trampoline Open” yarışı keçirilib.

Spacetv.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən ən yaxşı nəticəni 13-14 yaşlı gimnastlar arasında Maqsud Mahsudov göstərib. O, fərdi batut yarışlarında 95.060 xalla 1-ci yerə layiq görülüb.

Mahsudovla eyni yaş qrupundakı Hüseyn Abbasov isə 94.450 xalla 2-ci olub. Böyüklər arasında ölkəni Selcan Mahsudova təmsil edib. İcra etdiyi proqrama görə 101.450 xal alan gimnast 2-ci yeri tutub.

1-ci və 3-cü yerlərə isə Almaniyadan olan gimnastlar yiyələnib.

Paylaş

 Xəbəriniz olsun