Azərbaycan digər neft istehsalçılarının öhdəliklər götürməsini təklif edib

  • Space TV
  • 22 Aprel 2020 10:46

Bir neçə “OPEC+” ölkəsinin iştirakı ilə qeyri-rəsmi formatda keçirilən videokonfransa Azərbaycanın Energetika naziri Pərviz Şahbazov da qatılıb. Konfransda neft bazarının hazırkı vəziyyəti və may ayından öhdəliklərin icrası ilə bağlı məsələlər müzakirə olunub.

Energetika Nazirliyindən SPACE TV-a bildirilib ki, nazir P.Şahbazov müzakirələr zamanı “OPEC+” formatında təmsil olunmayan digər neft istehsalçılarını öhdəliklər götürməyə dəvət edib.

“OPEC+” tarixi missisiya yerinə yetirir və müvafiq öhdəliklər götürüb. İndi isə “OPEC+”dan kənar neft istehsalçıları bu prosesə fəal şəkildə qoşulmalı və öz öhdəliklərini elan etməlidirlər”, – deyə nazir bildirib.

Paylaş

 Xəbəriniz olsun