Azərbaycan daha bir ölkədə səfirlik açır

  • SpaceTV
  • 25 Sentyabr 2020 10:50

Azərbaycanın Kuba Respublikasında səfirliyinin açılması gözlənilir.

Spacetv.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin sentyabrın 30-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Deputatlar Azərbaycan Respublikasının Kuba Respublikasında – Havana şəhərində – səfirliyinin təsis edilməsi haqqında qanunun layihəsini müzakirə edəcəklər.

Paylaş

 Xəbəriniz olsun