Azərbaycan dəmir yollarında YENİLİK

  • Space TV
  • 17 Dekabr 2019 13:49

Azərbaycan dəmir yollarında stabil cərəyandan dəyişən cərəyana keçilir. 

SPACE TV xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmiryolları” QSC-nin sədri Cavid Qurbanov bu gün Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, məqsəd Ağstafaya qədər elektrik qatarlarını uzatmaqdır:

“Bunun üçün yeni qatarlar gətirmişik. Onlar ikili sistemdə çalışır. Böyük Kəsikdən Gəncəyə qədər olan ərazinin dəyişən cərəyana keçilməsi 5-6 ay tələb edir. Çalışacağıq ki, iki ay ərzində Ağstafaya gedən qatarların sürətini tənzimləyib, açaq.

Ağstafadan Qazaxa 15 km-lik məsafə var. Düşünürəm ki, Ağstafa yolu yaxşı işləsə, Qazax sakinləri də bu yoldan istifadə edə bilər. Qazax stansiyası hələlik istifadəyə verilmir, çünki o, intensiv deyil və xərcləri var. Stansiya öz xərcini ödəmədiyi üçün bu məsələ bir qədər çətin olacaq”.

Paylaş

 Xəbəriniz olsun