“Azərbaycan Dəmir Yolları” 9 ayda 1,7 milyon nəfərə yaxın sərnişin daşıyıb

  • Space TV
  • 18 Noyabr 2020 17:05

Bu ilin yanvar-sentyabr aylarında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 1 669 809 sərnişin daşınıb.

Spacetv.az quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,5 % azdır.

9 aylıq daşınmanın 83,5%-i və yaxud 1 393 649-u Bakı-Sumqayıt qatarlarının payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 15 % azdır.

Hesabat dövründə dəmir yolu ilə beynəlxalq sərnişin daşımaları 82,6 % azalaraq 29 493 nəfər, daxili sərnişin daşımaları isə 66,65 % azalaraq 246 667 nəfər təşkil edib.

Paylaş

 Xəbəriniz olsun