Azərbaycan cüdoçuları 4 medal qazanıb

  • SpaceTV
  • 30 Sentyabr 2019 12:01

“Space” xəbər verir ki, Lüksemburqda başa çatan cüdo üzrə Açıq Avropa Kubokunda Azərbaycan millisi 4 medal qazanıb. 

Kişilər arasında 100 kq-dan yuxarı çəki dərəcəsindəki İmran Yusifov bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb. Aslan Mirzəyev isə 100 kq çəkidə bürünc medala yiyələnib. 

Beləliklə milli üzvləri Açıq Avropa Kubokunu 1 qızıl, 3 bürünc medalla başa vurub. Yarışın ilk günündə Aleksandra-Larisa Florian (57 kq) və Rəşad Yelkiyev (60 kq) 3-cü yeri tutub. 

Qeyd edək ki, Lüksemburq turnirində 47 ölkədən 358 cüdoçu yarışıb.

Paylaş

 Xəbəriniz olsun