Azərbaycan çempionu öldü

  • Space TV
  • 17 Dekabr 2020 14:11

Azərbaycan çempionu Valentin Xodukin vəfat edib.

Spacetv.az xəbər verir ki, o, dünən Ukraynanın Lvov şəhərində ölüb.

81 yaşlı ukraynalı məşqçi avqustda koronavirusa yoluxduğundan səhhətində problemlər yaranmışdı.

Qeyd edək ki, Valentin Xodukin Bakının “İnter” (indiki “Keşlə” – S.M.) komandasına analitik qrupa rəhbərlik edən mütəxəssis kimi cəlb olunub. Daha sonra o, 2006-2009-cu illərdə bu komandanın baş məşqçisi olub. 2007-2008 mövsümündə Azərbaycan çempionu olub və bununla da ölkəmizdə belə uğura imza atan ilk əcnəbi məşqçi ünvanına sahib olub. Onun məşqçilik karyerasında sonuncu komanda da məhz Azərbaycan klubu olub.

Paylaş

 Xəbəriniz olsun