Azərbaycan bu ölkə ilə viza rejimini ləğv edir

  • Space TV
  • 29 Noyabr 2019 15:28

“Azərbaycan ilə Qətər arasında qarşılıqlı şəkildə vizaların ləğvi məsələsi müzakirə edilir”.

SPACE TV bildirir ki, bu barədə Qətər Dövlətinin Azərbaycanda yeni təyin olunan səfiri Feysəl bin Abdullah Həməd Abdullah əl Xənzab bildirib.

“Hazırda məsələ müzakirədədir. Bildiyiniz kimi, Azərbaycan qətərli turistlər üçün çox cazibəli ölkədir. Viza rejimi ləğv olunsa, Azərbaycana gələn Qətər sakinlərinin sayı daha da çoxalar”, – diplomat deyib.

O, iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin çox sıx olduğunu qeyd edib.

“Yaratdığımız birgə komissiya kommersiya məsələləri, ticarət, sərmayə və sair kimi məsələlərlə məşğul olacaq. Müştərək hədəflərimiz çoxdur. Aramızdakı əməkdaşlıq daha da genişlənəcək. Bu məsələdə çox nikbinəm. Fikrimcə, regionun lider ölkəsi olan Azərbaycan daha da yaxşı yaşamağa layiqdir”,- səfir fikrini tamamlayıb. 

Paylaş

 Xəbəriniz olsun