Azərbaycan bu göstəriciyə görə dünyada ikinci oldu – REYTİNQ

  • Space TV
  • 15 Yanvar 2020 11:24

Azərbaycan minimum əmək haqqının artım tempinə görə dünyada ikinci ölkə olub.

SPACE TV xəbər verir ki, ötən il ərzində dünyada minimum əmək haqqının artım tempinə görə Azərbaycan dünyada ilk “beşilk”də qərarlaşıb.

Belə ki, 2019-cu ilin 1 yanvarı ilə 2020-ci ilin 1 yanvarı tarixləri arasında ölkədə minimal əmək haqları 37,7% artıb və 148 dollar təşkil edib.

Minimum əmək haqqının ən çox artdığı ölkə isə Nigeriyadır. Belə ki, ötən il Nigeriyada bu göstərici 64,8% artıb.

Minimum əmək haqqının artım sürətinə görə ilk “beşlik”də Nigeriya və Azərbaycandan sonra Argentina (37,1%), Səudiyyə Ərəbistanı (33,3%) və Ermənistan (25,2%) qərarlaşıb.

Paylaş

 Xəbəriniz olsun