Azərbaycan boksçusunun dünya çempionatında ilk rəqibi dəqiqləşib

  • SpaceTV
  • 11 Sentyabr 2019 11:18

Azərbaycan millisinin boksçusunun ilk rəqibi dəqiqləşib.  Yekaterinburqda keçirilən dünya çempionatında, 81 kq çəki dərəcəsində mübarizə aparacaq Dominqes Alfonso 1/16 finalda Qazimaqomed Calidovla (İspaniya) üz-üzə gələcək. 

Avropa çempionumuzun rəqibi 1/32 final döyüşündə müəyyənləşib. Aleksandar Markoviçə (Serbiya) ilk raundda qalib gələn ispaniyalı ilk mərhələdən azad olan təmsilçimizlə qarşılaşmaq hüququ əldə edib. 

Alfonsonun Calidovla görüşü sentyabrın 15-də olacaq. 

Paylaş

 Xəbəriniz olsun