İsmayıllıda ayı kəndə hücum edərək sakinlərə xəsarət yetirib. Space-in bölgə müxbiri məlumat verir ki, Xanagah kəndində 1950-ci il təvəllüdlü İsmayıl Rəsulov yaşadığı evin həyətyanı sahəsində anidən ayı hücumuna məruz qalıb. Bədbəxt hadisə zamanı ev sakini ağır yaralanıb. Onun səsinə yığışan qohumlar ayını qova bilib. Yaralanan şəxs isə dərhal İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.
İ. Rəsulov çoxlu qan itirsə də, həkimlərin səyi nəticəsində vəziyyəti yaxşılaşıb.
Qeyd edək ki, hadisə zamanı İ.Rəsulovun ailə üzvləri səs-küy salaraq onu ayının pəncəsindən xilas ediblər. Ayı qaçaraq həyəti tərk edib.