Aydan Salahova karantinə alındı

  • Space TV
  • 13 Mart 2020 11:47

Rusiyada yaşayan azərbaycanlı rəssam-heykəltaraş Aydan Salahova koronavirus şübhəsilə karantinə alınıb.

SPACE TV  xəbər verir ki, bu barədə A.Salahova şəxsi “Facebook” hesabından paylaşım edib.

O bildirib ki, İtaliyadan Rusiyaya qayıdarkən hava limanından xəstəxanaya yerləşdirilib. A.Salahova həmin reysin bütün sərnişinlərinin karantinə alındığını deyib.

Qeyd edək ki, Aydan Salahova azərbaycanlı məşhur rəssam Tahir Salahovun qızıdır.

Paylaş

 Xəbəriniz olsun