Ayda 2700 manat maaşla dünyanı gəzəcək 2 işçi axtarılır

  • SpaceTV
  • 3 Oktyabr 2019 16:24

Dünyanın ən qabaqcıl dənizçilik və dağçılıq təşkilatlarından “The Yatch Week” və “The Ski Week”-in yeni açdığı “Rəsmi məzmun yaradıcısı” mövqeyi üçün iki işçi axtardıqlarını bildirib.

SPACE TV xarici mediaya istinadla bildirir ki, bu işə seçilən insanlar 2020-ci il boyunca heç pul xərcləmədən dünyanı gəzəcəyi açıqlanıb.

Çətin bir müsabiqədən keçəcək namizədlər işi qazanarsa 15 min ingilis fundu maaş alacaq. Ayda təxminən 2 min 700 manata yaxın pul alacaq şəxslərin tək vəzifəsi isə foto və video çəkərək yazı yazmaqdır.

Uğurlu olan namizədlər şirkət tərəfindən Kanada, Amerika, Avstriya, Yunanısatan, Virgin adaları kimi bir çox yerlərə gedəcək və bir çox təcrübədə iştirak edəcək.

Vəzifəli şəxslər seçiləcək namizədlərin təcrübəli olmasının əhəmiyyətli olmadığını bildirib. Çalışmadan əvvəl namizədlərə dünyaca məşhur fotoqraf Jasob Riglin dərs verəcək. Rəsmi internet saytında müraciət edən namizədlər üçün yalnız iki şərt tələb olunur. Namizədlərin 21 yaşından böyük olması və lazımlı sənədlərinin olması vacibdir. 26 sentyabrda başlayan müraciətlər noyabr ayında başa çatacaq.

Paylaş

 Xəbəriniz olsun