Ayaz Mütəllibov Heydər Əliyevi ölkə idarəçiliyinə dəvət etmək istəyib. Ona kimlər mane olub?

  • SpaceTV
  • 5 Oktyabr 2019 18:01

Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov Speys TV-nin efirində yayımlanan “Sadə həqiqətlər” verilişində aparıcının, “Siz həmin vaxt Heydər Əliyevi yaxın bilib onu dəvət etsəydiniz  və ölkə idarəçiliyində onun məsləhətlərinə arxalansaydınız əminəm ki,  bu qədər fəlakətlər baş verməzdi”, – replikasına cavabında Ümummilli Lideri dəvət etmək niyyətinin olduğunu, ancaq ona mane olduqlarını bildirb: “Bu fikirlər mənim də beynimdəydi,  mən bunu edəcəkdim. Amma mənə macal vermədilər. Çalışdılar ki, mənim Heydər Əliyevlə münasibətimi pozsunlar.  Çünki Heydər Əliyev şəxsiyyət idi.  Heydər Əliyev gəlməsəydi bizi fəlakət gözləyirdi. Onu qorumaq lazım idi, şərait yaratmaq lazım idi. Mən bilirəm prezidentlər nələr çəkir”.

Paylaş

 Xəbəriniz olsun