Ayağına iti ülgüc bağlanan xoruz adam öldürdü

  • SpaceTV
  • 18 Yanvar 2020 12:37

Hindistanda qadağan olunmasına baxmayaraq, bəzi bölgələrdə keçirilən xoruz döyüşlərində bir nəfər ölüb.

Sondakika.com-un xəbərinə görə, Andra Pradeş əyalətinin Pragadavaram kəndində təşkil olunan döyüşdə rəqibinə daha çox xəsarət yetirməsi üçün bir xoruzun ayağına iti ülgüc bağlanılıb.

Xoruz isə rəqibi əvəzinə döyüşə tamaşa edənlərə hücum edib. Bu zaman 55 yaşlı kişi qarnından xəsarət alıb və hadisə yerindəcə vəfat edib.

Polis həmin şəxsin ölümü ilə bağlı döyüşdə iştirak edən bir neçə nəfəri saxlayıb. Araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun