Aya və Marsa gedəcək 13 kosmonavtın təlimləri başa çatıb

  • Space TV
  • 13 Yanvar 2020 16:47

NASA-nın “Artemis” proqramı üçün xüsusi olaraq yetişdirdiyi 13 kosmonavt proqramı uğurla başa vuraraq məzun olublar.

SPACE TV  xarici mediaya istinadən xəbər verir ki, 11 ABŞ vətəndaşı və 2 Kanada vətəndaşının yer aldığı proqram çərçivəsində yetişdirilən kosmonavtlar 2024-cü ildə Ay səfərində və 2030-cu il üçün planlanan Mars səfərində yer alacaqlar.

Keçdiyimiz aylarla NASA Aya ayaq basan ilk insanın bir qadın kosmonavt olacağını açıqlamışdı. Bu qadının məzun olan 6 kosmonavt arasından seçiləcəyi gözlənilir.

Paylaş

 Xəbəriniz olsun