Ay ətrafında “əyləncəli səyahət” üçün komanda yığılır – FOTO

  • Space TV
  • 4 Mart 2021 10:13

“SpaceX” gəmisi üçün bilet alan yaponiyalı milyarder Yusaku Maedzava Aya uçmaq üçün komanda yığdığını deyib.

O, öz hesabına səkkiz nəfəri göyərtəyə götürməyə hazır olduğunu vurğulayıb.

“Forbes”in məlumatına görə, milyarder bu barədə özünün “Twitter” hesabında bəyan edib.

https://dearmoon.earth/

“2023-cü ilə planlaşdırılan səyahətə səkkiz nəfər dəvət ediləcək. Müraciətləri bu gündən etibarən qəbul etməyə başlayacağıq! Gəlin, birlikdə əyləncəli bir səyahət edək”, – deyə Maedzava Aya uçuşda potensial peyklərinə video mesaj göndərdiyi elanında yazıb.

Paylaş

 Xəbəriniz olsun